2 SAYLI SOSİAL XİDMƏT MÜƏSSİSƏSİNİN SAKİNLƏRİ ÜÇÜN, NOVRUZ ŞƏNLİYİ” KEÇİRİLMİŞDİR
23 mart 2024-cü il tarixində Azərbaycan Respublikası ƏƏSM Sosial Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə, Şamaxı şəhərində yerləşən 2 saylı sosial xidmət müəssisəsinin sakinləri üçün ,,Novruz şənliyi” keçirilmişdir. Xüsusi qayğıya ehtiyacı olan mərkəzin rəhbəri Tamerlan Şərifzadə tədbiri açıq elan etdikdən sonra, sakinlər üçün əyləncəli Novruz şənliyi keçirildi.
Bayram tədbiri təşkilatçı-prodüser Lalə Dadaşova, “Nur Organization” rəhbəri Kamran Nur, “Əkinçi” TEST İB-nin təsisçisi Emin Hacısoy TürkƏr, “Aran Media Group” direktoru Şeyda Əzizova, “Mübarizlər” İB-nin sədr müavini Gülnar Nəsibli, “Mübarizlər idman klubu” MMC-nin direktoru Elxan Əhmədov, “Zəfər Yolu” MİŞAHD İB-nin sədri Pərvanə Abdullayevanın birgə təşkilatçılığı ilə baş tutmuşdur.
Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edilmiş, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə “Aran Media Group” rəhbəri Şeyda Əzizovaya söz verilmiş, o da öz növbəsində mərkəz sakinlərini bayram münasibəti ilə təbrik etmişdir. Bayram proqramında Mingəçevir Dövlət Dram Teatrının ali dərəcəli aktyoru İbrahim Türksoy Salamov, aktyorlar Elvin Əkbər və Asim Məmmədov əyləncəli, kosa-keçəl xalq oyununu canlandırdılar.
Şənlikdə populyar müğənni Zaur Quluzadə, bəstəkar “Qarabağ bülbülü” Aybəniz Bəhrəmqızı, Dağıstanlı müğənni Nadia Mikayıl və Pyer Fodju, Nağıl Band musiqi qrupu, Sevinc Süleymanzadə, Gülnaz Nəbili, qazi Bahadur Muradov, Hurinisə Əliyeva, Kamal Dadaşov və rəqqasə Amaliya Ağayeva musiqi nömrələri ilə çıxış etdilər.
Bundan başqa proqramda musiqili qonaqlarla yanaşı proqramın bədii hissəsində Kamran Nur-un ssenarisi əsasında “Çərşənbələrin mübahisəsi” adlı səhnəcik, eləcə də “Sağ Salamat” rəqsi mərkəzin sakinlərinin marağına səbəb oldu.
Layihənin təşkilatçıları mərkəzin sakinləri üçün müxtəlif şirniyyatlardan ibarət bayram sovqatı da hazırlamışdılar.
“Aran Media Group” un rəhbəri Şeyda Əzizova tədbir iştiraçkılarına təşəkkürnamələr təqdim etdi. Tədbirin sonunda mərkəzin həyətində simvolik bayram tonqalı qalanaraq, xatirə şəkilləri çəkildi
Aran Media Group
Şeyda Əzizova
Büyükelçinin Türkiye Ticaret Bakanı ile görüşmesi
Vyanada TDT-yə üzv ölkələrin diaspor qurumlarının nümayəndələri bir araya gəlib
Birleşik Rusya Partisi, Tambov bölgesindeki kırsal bir okula Kahramanlar Masası ve anıt plaketi yerleştirdi
Moskova’da Birleşik Rusya aktivistleri, kar yağışının ardından şehir hizmetlerinin durumla başa çıkmasına yardımcı oluyor
Hastane konserleri, yaratıcı buluşmalar ve hediyeleşme: Birleşik Rusya, ülke genelinde yeni yıl etkinlikleri düzenliyor
Birleşik Rusya’nın desteğiyle, Smolensk bölgesindeki bir köyde emekliler için köpeklerle terapi seansı düzenlendi