Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

“Alyans” Gənclər Mərkəzində Novruz bayramı münasibətilə tədbir təşkil edilib

“Alyans” Gənclər Mərkəzində Novruz bayramı münasibətilə tədbir təşkil edilib
Profesyonel Emlak
18.03.2023
A+
A-

 

 

 

“Alyans” Gənclər Mərkəzində Novruz bayramı münasibətilə tədbir təşkil edilib
, 2023
“Alyans” Gənclər Mərkəzində Novruz bayramı münasibətilə tədbir təşkil edilib

Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində xalqımızın qədim Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun əməkdaşları, azərbaycanlı və gürcü icmalarının nümayəndələri, tələbələr və məktəblilər iştirak ediblər.

Öncə torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan “Alyans” Gənclər Mərkəzinin sədri Leyla Əmrahova Novruz bayramı və xüsusən də çərşənbələr haqqında ətraflı məlumat verib, xalqımızı bu gözəl gün münasibətilə təbrik edib.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Əkrəm Abdullayev bayram münasibətilə soydaşlarımızı təbrik edib və Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın inteqrasiyası, tariximizi, milli-mənəvi dəyərlərimizi öyrənərək təbliğ etmələri üçün bir sıra layihələr həyata keçirib. Bu dəstək bundan sonra da davam edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin adından tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən Komitənin şöbə müdirinin müavini Şəfəq Binnətova xatırladıb ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan olunub. Müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Komitənin fəaliyyət planı hazırladığı, ilin sonunadək müxtəlif tədbirlərin keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb. Qeyd edib ki, Komitə Gürcüstanda yaşayan soydaşlarımızın qayğı və problemlərini daim diqqət mərkəzində saxlayır. Soydaşlarımız hər zaman Komitəyə müraciət edə bilərlər, çünki onların müraciətləri cavabsız qalmayacaq.

Tədbirin bədii hissəsində Bahar qızı Ayla Məmmədova Novruza həsr olunmuş şeir söyləyib. Sonra “Başti-buba” gürcü rəqs qrupunun və “Ceyran” rəqs ansamblının ifasında maraqlı konsert proqramı, Azərbaycanın görkəmli dramaturqu Mirzə Fətəli Axundzadənin Novruz bayramı ilə bağlı Brüsseldə təhsil alan oğlu Rəşid bəyə yazdığı məktub əsasında səhnəcik təqdim edilib.

Tədbir çərçivəsində mərkəzdə təhsil alan şagirdlərin Novruz bayramını əks etdirən rəsm sərgisi nümayiş etdirilib.

 

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:http://diaspor.gov.az/az/news-detail/alyans-gencler-merkezinde-novruz-bayrami-munasibetile-tedbir-teskil-edilib-2597

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.