
Azərbaycan Kaliforniyada keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub
2024
https://x.com/DiasporaAz/status/1841058704826736825
Azərbaycan Kaliforniyada keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalında təmsil olunub
Kaliforniyada yerləşən Kupertino Memorial Parkında Tayvan Mədəniyyət və İdman Assosiasiyası (TCSA) tərəfindən Beynəlxalq Uşaq Əyləncə Festivalı təşkil edilib.
https://x.com/DiasporaAz/status/1841058704826736825
İyirmi min ziyarətçinin qatıldığı festivalda Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) ölkəmizi xüsusi stendlə təmsil edib. Ziyarətçilər Azərbaycan milli şirniyyatları, yeməkləri, adət-ənənələri, mədəniyyəti, tarixi, coğrafiyası ilə tanış olublar. Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nəzdində fəaliyyət göstərən uşaqlardan ibarət Azərbaycan Gənclər Rəqs Ansamblının üzvlərinin səhnədə ifa etdikləri “Ağ çiçəyim” rəqsi qonaqlarda böyük maraq və rəğbət doğurub.
Kupertino Memorial Parkda keçirilən Beynəlxalq Uşaq Əyləncə Festivalına dəvət etdikləri üçün Tayvan Mədəniyyət və İdman Assosiasiyasına (TCSA) Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Cəmiyyəti (ACSNC) adından minnətdarlıq ifadə olunub.
https://x.com/DiasporaAz/status/1841058704826736825
Qeyd edək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Cəmiyyəti (ACSNC) artıq 40 ildən çoxdur fəaliyyət göstərir. Təşkilat Vətəndən uzaqda olan soydaşlarımız üçün mədəni və maarifləndirici tədbirlər təşkil etməklə, mədəniyyətimizi, tariximizi, irsimizi Amerika cəmiyyətində tanıtmaq missiyasını yerinə yetirir. Komitənin dəstəyi ilə Cəmiyyətin tərkibində fəaliyyət göstərən Azərbaycan Gənclər Rəqs Ansamblında milli rəqs dərsləri keçirilir.
Foto qalereya
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
Kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-kaliforniyada-kecirilen-beynelxalq-usaq-eylence-festivalinda-temsil-olunub-5119
https://x.com/DiasporaAz/status/1841058704826736825

«Единая Россия» провела турнир по мини-футболу для ветеранов СВО в Уфе

Birleşik Rusya, 2025 Birleşik Oylama Günü’nde Sandıklarda Gözlem Düzenleyecek

Meeting of the Ambassador with the President of the Union of Chambers and Commodity Exchanges of Turkiye (TOBB)

Turizm Yatırım Forumu Hakkında Bilgilendirme

Cumhurbaşkanlığı Basın Servisi’nden Duyuru

Birleşik Rusya: Başkan, Kursk Bölgesi’ndeki Gönüllülere Destek Garantisi Verdi