Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
30 aprel, 2025
Azərbaycan mədəniyyəti Kanadada uğurla təbliğ edilib
Kanadanın Ottava və Toronto şəhərlərində yaşayan soydaşlarımız Azərbaycanın zəngin mədəni irsinin, tarixinin və milli dəyərlərinin tanıdılması istiqamətində fəaliyyətlərini davam etdirirlər. Onlar bu məqsədlə müxtəlif tədbirlər keçirir, beynəlxalq festivallarda iştirak edirlər. Bu isə ölkəmizin dünyada təbliği baxımından olduqca əhəmiyyətlidir.
https://x.com/DiasporaAz/status/1917545922713485319
Belə tədbirlərdən biri Kanadanın paytaxtı Ottavada baş tutub. Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkil etdiyi tədbir “Azərbaycan Mədəniyyət Gecəsi – Azerbaijani Cultural Gala” adlanıb. Gecə Azərbaycanın zəngin mədəniyyətini, tarixini və milli dəyərlərini Kanadada yaşayan azərbaycanlı gənclərə, diaspor üzvlərinə, eləcə də yerli ictimaiyyətə tanıtmaq məqsədilə keçirilib. “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri ölkəmiz haqqında məlumatlar verib, şeirlər səsləndirib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri isə milli rəqslərimizi ifa ediblər. Gecədə Azərbaycanın tarixinə həsr olunmuş təqdimatlar da yer alıb. Məkan daxilində qurulan dekorativ guşələr, milli atributlar və sənətkarlıq nümunələri iştirakçılara ölkəmizin zəngin tarixi və mədəni irsi ilə tanışlıq imkanı yaradıb.
https://x.com/DiasporaAz/status/1917545922713485319
Toronto şəhərində isə Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Multikultural Uşaq Festivalına qatılıblar. Festival Kanada Türk Mədəniyyəti və Folklor Dərnəyinin təşkilatçılığı ilə keçirilib. Balaca soydaşlarımız həftəsonu məktəbinin rəqs müəllimi Orxan İslamovun rəhbərliyi ilə milli rəqs nömrələri təqdim ediblər. Xüsusilə ingilis dilində səsləndirilən “Ey əziz anam, Azərbaycan” mahnısının sədaları altındakı rəqs böyük marağa səbəb olub və alqışlarla qarşılanıb.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1917545922713485319
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-medeniyyeti-kanadada-ugurla-teblig-edilib-5762
https://x.com/DiasporaAz/status/1917545922713485319
Волонтёры «Единой России» помогают устранять последствия наводнения в Веденском районе Чечни
Birleşik Rusya’nın desteğiyle, Omsk Bölgesi’nin Maryanovsky İlçesi’nde yeni bir doğalgaz dağıtım boru hattı hizmete girdi
Birleşik Rusya gönüllü örgütünün karargahı Perm bölgesinde açıldı
TESHİDER GENEL BAŞKANI OSMAN GÜLAÇTI`DAN 10 NİSAN POLİS HAFTASI MESAJI
MEHMET TÜRKİ GÜNDOĞAN `DAN 10 NİSAN POLİS HAFTASI MESAJI
MEHMET KIZIL’DAN 10 NİSAN POLİS HAFTASI MESAJI