Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb
29 may, 2025
Kanada parlamentinin önündə Azərbaycan bayrağı qaldırılıb
28 May – Müstəqillik Günü münasibətilə Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə Azərbaycan bayrağı ucaldılıb. Mərasim “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi və Kanada Azərbaycan Evinin birgə təşkilatçılığı ilə baş tutub.
https://x.com/DiasporaAz/status/1928076756298186882
Tədbirdə Ottava, Toronto, Monreal və digər şəhərlərdə yaşayan Azərbaycan icmasının nümayəndələri, diaspor təşkilatlarının rəhbərləri və fəalları, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, Türkiyə Cümhuriyyətinin Kanadadakı səfiri Can Dizdar və Kanada parlamentinin ilk türk əsilli deputatı Sima Acan iştirak edib.
https://x.com/DiasporaAz/status/1928076756298186882
Kanada Azərbaycan Evinin təmsilçisi Sevinc Quliyeva, deputat Sima Acan, səfir Can Dizdar və müvəqqəti işlər vəkili Vasif Abutalıbov Azərbaycan xalqını bu əlamətdar gün münasibətilə təbrik edib, ölkəmizin müstəqillik tarixindən və onun əhəmiyyətindən danışıblar.
https://x.com/DiasporaAz/status/1928076756298186882
Tədbir bədii proqramla davam edib. “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Azərbaycan rəqsləri və nağara ritmləri ilə çıxış ediblər. Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Qeyd edək ki, 2023-cü ildə fəaliyyətə başlayan Kanada Azərbaycan Evi xaricdə mədəniyyətimizin, tariximizin, milli dəyərlərimizin yaşadılması və tanıdılması istiqamətində işlər görür.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1928076756298186882
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/kanada-parlamentinin-onunde-azerbaycan-bayragi-qaldirilib-5861
https://x.com/DiasporaAz/status/1928076756298186882
Birleşik Rusya ve Novosibirsk Yerel Tarih Müzesi, Zafer Diktesi için bir eğitim kursu başlattı
«Единая Россия» запустила на Чукотке акцию «Письмо солдату»
Конструктивный диалог между представителями власти, экспертного сообщества и гражданами: в Ненецком автономном округе прошёл отчетно-программный форум «Единой России»
Birleşik Rusya halk programı kapsamında, Kirov bölgesindeki Vozhgaly köyünde bulunan bir anaokulu ve bir müzik okulu gazlaştırıldı
Message from Asaf Atasoy, Chairman of the Board of Directors of Asfa Holding, on April 5th, Lawyers’ Day.
Birleşik Rusya, Kuzbass genelinde bir temizlik günü düzenledi