Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
7 iyul, 2025
Mərakeşli jurnalistlər Xankəndi və Şuşaya səfər ediblər
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gələn Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri Xankəndi və Şuşada olublar.
https://x.com/DiasporaAz/status/1942206927129166025
Səfər çərçivəsində əcnəbi jurnalistlər ilk olaraq Xankəndinin Zəfər meydanını ziyarət ediblər. Onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından, eləcə də bölgədə gedən proseslərdən bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.
https://x.com/DiasporaAz/status/1942206927129166025
Daha sonra nümayəndə heyəti Qarabağ Universitetində olub. Görüş zamanı qonaqlara universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Qonaqlar Xankəndidən Şuşaya yola düşüblər. Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb. Onlar işğal dövründə ermənilərin Şuşada mədəniyyət abidələrinə və məscidlərə qarşı törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyiblər. Qonaqlar şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
https://x.com/DiasporaAz/status/1942206927129166025
Qeyd edək ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Foto qalereya
https://x.com/DiasporaAz/status/1942206927129166025
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər
kaynak:https://diaspor.gov.az/az/news-detail/merakesli-jurnalistler-xankendi-ve-susaya-sefer-edibler-6012
https://x.com/DiasporaAz/status/1942206927129166025
Birleşik Rusya, Çeçenya’daki apartman binalarının avlularında temizlik günleri düzenledi
ARABAN BELEDİYE BAŞKANI MEHMET ÖZDEMİR`DEN MİRAÇ KANDİLİ MESAJI
Birleşik Rusya’nın girişimiyle Amur Bölgesi’nde “Emek Liyakati Madalyası” kuruldu
BİRECİK BELEDİYE BAŞKANI MEHMET BEGİT `TEN MİRAÇ KANDİLİ MESAJI
SON PARTİ GENEL BAŞKANI MURAT ÇOBANOĞLU`NDAN MİRAÇ KANDİLİ MESAJI
ALİ SÖKMEN ‘DEN MİRAÇ KANDİLİ MESAJI