Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Polşanın Kielce şəhərində “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir keçirilib

Polşanın Kielce şəhərində “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir keçirilib
Profesyonel Emlak
25.06.2024
A+
A-

Polşanın Kielce şəhərində “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir keçirilib

2024

Polşanın Kielce şəhərində “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir keçirilib

 

 

 

 

 

“Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə Kielce şəhərində yerləşən Mədəni Dialoq Muzeyində (”Muzeum Dialogu Kultur”) “Azərbaycan və Polşanın 100 illik münasibətləri” adlı tədbir baş tutub. Tədbirdə Azərbaycan və Polşa icmasının nümayəndələri iştirak ediblər.

Tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı Solmaz Rüstəmova-Tohidi və Varşava Universiteti Şərqşünaslıq Fakültəsi Şərqi Avropa Araşdırmaları Mərkəzinin professor assistenti Şəhla Kazımova tədbirdə təqdimatla çıxış ediblər. Onlar iki ölkə arasında əlaqələrin tarixindən, münasibətlərin mövcud vəziyyətindən bəhs ediblər. İki ölkə arasında ötən yüzilliklərdəki tarixi əlaqələr, Polşada müxtəlif sahələrdə xidmətləri olan məşhur azərbaycanlılar, həmçinin Azərbaycanda müxtəlif sahələrdə fəaliyyət göstərən polşalılar haqqında iştirakçıları məlumatlandırıblar.

 

 

 

 

Tədbirin sonunda “Xarıbülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyası və Mədəni Dialoq Muzeyi arasında əməkdaşlığa dair protokol imzalanıb. Protokola əsasən muzeydə bir il ərzində mütəmadi olaraq Azərbaycanın mədəniyyətinə və tarixinə dair sərgi, həmçinin polyak dilində Azərbaycanın tarixi haqqında kitablar nümayiş etdiriləcək.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/polsanin-kielce-seherinde-azerbaycan-ve-polsanin-100-illik-munasibetleri-adli-tedbir-kecirilib-4880

REKLAM ALANI