Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb
Profesyonel Emlak
16.12.2023
A+
A-

 

 

 

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

, 2023

Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi açılıb

 

 

 

Özbəkistanın Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin Türkologiya fakültəsində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib.

 

 

 

Qardaş ölkədə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsinə əsasən “Heydər Əliyev İli” çərçivəsində baş tutan mərasimdə universitetin rəhbərliyi, Türkologiya fakültəsinin müəllimləri və tələbələri iştirak ediblər.

 

 

 

Mərkəzin qırmızı lenti kəsildikdən sonra tədbiri giriş sözü ilə universitetin rektoru, professor Gülçöhrə Rixsiyeva açıb. Ali təhsil ocağının tarixi və fəaliyyəti barədə ətralı məlumat verən rektor bildirib ki, 2022-ci ildən etibarən Türkologiya fakültəsində Azərbaycan dili də tədris olunur. Yeni açılmış mərkəzin universitetdə Azərbaycan dili üzrə mütəxəssislərin hazırlanması, özbək gənclərin və tədqiqatçılarının Qafqazın lider dövlətini daha dərindən öyrənməsi prosesində baza rolunu oynayacağı və gözəl imkanlar açacağı diqqətə çatdırılıb.

 

 

 

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov çıxışında bildirib ki, dövlət başçılarımızın görüşləri və tapşırıqları nəticəsində iki qardaş ölkə və türk dövlətləri arasında əməkdaşlıq əlaqələri yüksək səviyyədə inkişaf edir. Azərbaycanın müasir dövlətçilik tarixində əvəzsiz, misilsiz xidmətləri olan Heydər Əliyevin adını daşıyan mərkəzin Azərbaycan dili, tarixi, mədəniyyəti və ədəbiyyatının dərindən öyrənilməsi məqsədilə açıldığı, burada müxtəlif tədbirlərin təşkil ediləcəyi, artıq Özbəkistanın 10 ali təhsil ocağında analoji mərkəzlərin yaradıldığı vurğulanıb.

 

 

 

 

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Türkologiya fakültəsinin dekanı Cumali Şabanov, universitetin professoru Adhambek Alimbekov, Özbəkistan Milli Universitetinin professoru Nigina Şermuxammedova, Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova bu mühüm hadisə münasibətilə universitet kollektivini təbrik ediblər. Heydər Əliyevin iki ölkə arasında münasibətlərinin qurulmasında tarixi rolundan danışılıb, onun adının əbədiləşdirilməsi istiqamətində Özbəkistanda görülən işlər yüksək qiymətləndirilib.

 

 

 

Universitetə “İrəvan xalçaları” və “Heydər Əliyev – 100 kəlam” kitabları, 5 dildə Şuşanı vəsf edən nəşr və Özbəkistanda buraxılmış “Heydər Əliyev” və “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” poçt markaları hədiyyə edilib. Tədbir çərçivəsində universitet tələbələrinin ifasında ana dilimizdə şeirlər səsləndirilib.

Qeyd edək ki, Azərbaycanşünaslıq Mərkəzində ulu öndərin büstü qoyulub, onun dövlətçiliyimiz, Azərbaycan dili ilə bağlı fikirlərini əks etdirən stendlər yaradılıb. Bundan başqa, Azərbaycan-Özbəkistan dostluğu guşəsi, tariximiz, dövlətçiliyimiz, mədəniyyətimizə dair mini kitabxana yaradılıb.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/daskend-dovlet-serqsunasliq-universitetinde-heyder-eliyev-adina-azerbaycansunasliq-merkezi-acilib-3966

 

 

 

 

 

REKLAM ALANI