Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Dövlət Komitəsində Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Dövlət Komitəsində Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Profesyonel Emlak
02.02.2024
A+
A-

 

 

 

Dövlət Komitəsində Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib

2024

 

 

 

Dövlət Komitəsində Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib
Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycanda səfərdə olan Türk Dünyası Mediatorlar Birliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

 

 

 

Görüşü açıq elan edən Komitə sədrinin birinci müavini Valeh Hacıyev komitənin tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr, Türk Dövlətləri Təşkilatı çərçivəsində görülən işlər barədə məlumat verib.

 

 

 

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində mübahisələrin məhkəmədənkənar həllində və məhkəmələrin iş yükünün azaldılmasında mühüm vasitə olan mediasiya institutunun qurulması və təşviqi üzrə mühüm tədbirlər görülməsi və bu sahədəki islahatlardan söz açıb.

Türk Dünyası Mediatorlar Birliyinin başqanı Yakup Erikel qurumun yaradılmasının tarixi və məqsədlərindən, türk dövlətləri arasındakı inteqrasiya proseslərinin dərinləşməsinin mediasiya fəaliyyətinə təsirindən danışıb.

 

 

 

Birliyin İdarə Heyətinin üzvləri Saliha Sasa, Hatice İpek, Eda Günday, Serpil Akdeniz və Hüseyn İlham Yetişgin səmimi qəbula görə təşəkkür ediblər.

 

 

 

 

 

Görüşdə türk dövlətlərində Azərbaycan və türk diasporlarının birgə əməkdaşlığı nəticəsində mediasiya təşkilatlarının və mediasiya qurumlarının da diaspor işlərinə cəlb edilməsi, Qarabağda təşkil olunması planlaşdırılan Türk Dünyası Mediatorlar Birliyinin geniş toplantısında hər iki ölkənin diaspor sahəsinə məsul qurumlarının da iştirakının təmin edilməsi və digər məsələlər müzakirə olunub. Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqi vəziyyətini və onların hüquqi müdafiəsini yaxşılaşdıran müqavilə-hüquq bazasının, dövlət orqanlarında ictimai iştirakçılığın genişləndirilməsi, xaricdə yaşayan yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə mübarizə və reabilitasiya sahəsində, 1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərlə bağlı problemlərin həlli, Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş şəxslərin, eyni zamanda Qərbi azərbaycanlıların hüquqlarlnın pozulması, onlara dəymiş maddi və mənəvi ziyanın, habelə tarixi və mədəni sərvətlərimizin dağıdılması faktarına baxılması və beynəlxalq təşkilatlarda qaldırılması istiqamətində əməkdaşlığın qurulması razılaşdırılıb.

Sonda birgə xatirə fotosu çəkilib.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinde-turk-dunyasi-mediatorlar-birliyinin-numayende-heyeti-ile-gorus-kecirilib-4165

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.