Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Riqada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq turnir təşkil edilib

Riqada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq turnir təşkil edilib
Profesyonel Emlak
12.12.2023
A+
A-

 

 

 

Riqada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq turnir təşkil edilib

, 2023

Riqada Heydər Əliyevin 100 illiyi münasibətilə beynəlxalq turnir təşkil edilib

 

 

 

Riqa şəhərində yerləşən Rimi Olimpiya Mərkəzində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Aşıhara karatesi üzrə beynəlxalq turnir keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Azəri” Gənclər Mərkəzinin təşkilatçılığı ilə 7-10 dekabr tarixində baş tutan yarışda 9 ölkədən (Almaniya, İsveçrə, Estoniya, Latviya, Litva, Kamerun, Niderland, Qazaxıstan, Yunanıstan) 110 idmançı iştirak edib.

 

 

 

Turnir iştirakçılarını salamlayan “Azəri” Gənclər Mərkəzinin sədri Amil Səlimov bildirib ki, bu il Azərbaycanda görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunub. Azərbaycanda və dünyanın müxtəlif ölkələrində ulu öndərə həsr olunmuş müxtəlif tədbirlərin təşkil edildiyi, Heydər Əliyevin bütün sahələrə, o cümlədən idman sahəsinə də böyük diqqət və qayğı ilə yanaşdığı, idmançıların fəaliyyətini yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Yarış iştirakçılarına uğurlar arzulanıb.

Gərgin mübarizə şəraitində keçən turnirdə Latviya yığma komandası birinci yeri tutub. İkinci və üçüncü yerlərə Niderland və Yunanıstan komandaları çıxıb.

 

 

 

Qaliblərə üzərində Heydər Əliyevin fotosunun əks olunduğu kubok və medalları “Azəri” Gənclər Mərkəzinin sədri Amil Səlimov təqdim edib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/riqada-heyder-eliyevin-100-illiyi-munasibetile-beynelxalq-turnir-teskil-edilib-3925

 

 

 

 

REKLAM ALANI