Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Samara şəhərində Heydər Əliyevin 100 illiyi təntənə ilə qeyd edilib

Samara şəhərində Heydər Əliyevin 100 illiyi təntənə ilə qeyd edilib
Profesyonel Emlak
20.12.2023
A+
A-

 

 

 

 

Samara şəhərində Heydər Əliyevin 100 illiyi təntənə ilə qeyd edilib
20 dekabr, 2023
Samara şəhərində Heydər Əliyevin 100 illiyi təntənə ilə qeyd edilib
Rusiyanın Samara şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyinə və “Samara vilayəti Azərbaycanlıları Liqası” ictimai təşkilatının yaranmasının 20 illiyinə həsr olunmuş “Azərbaycan Mədəniyyəti Günləri” keçirilib.

 

 

 

“Samara vilayəti Azərbaycanlıları Liqası”nın təşkilatçılığı ilə öncə “Azərbaycan Mədəniyyəti Günləri” çərçivəsində Samara Dövlət İdarəçiliyi Universitetinin “Beynəlxalq Bazar İnstitutu”nda “Rusiya-Azərbaycan: dünən, bugün, sabah. Diaspora iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində amil kimi” mövzusunda dəyirmi masa keçirilib.

 

 

 

 

Dəyirmi masada müxtəlif mövzular üzrə məruzələr dinlənilib. Müzakirələrdə çıxış edən yerli dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, insan hüquqları üzrə müvəkkil, elm, mədəniyyət və ictimai xadimlər bildiriblər ki, 157 millətin nümayəndələrinin mehribanlıqla yaşadığı Samara vilayətində azərbaycanlılar regionun həyatında fəal iştirak edir, onun mədəni ənənələrini zənginləşdirirlər. Liqanın nəzdindəki “Xəyal” və “Alpan” yaradıcılıq kollektivlərinin şəhərin və vilayətin mədəni həyatında mütəmadi iştirakı buna bariz nümunə göstərilib.

 

 

 

Sonra şəhərin Mərkəzi Jurnalist Evində görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır” sənədli filminin təqdimat mərasimi keçirilib. Ekran əsərinin təqdimat mərasimi “Samara vilayəti Azərbaycanlıları Liqası” və Samara vilayəti Jurnalistlər Birliyinin birgə təşkilatçılığı ilə getçəkləşdirilib.

 

 

 

 

“Ulduz” mədəniyyət sarayında baş tutan qala-konsertdə isə Samara vilayəti hökumətinin, şəhər administrasiyasının, İctimai Palatanın, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin, Privolsk, Dağıstan və Moskvada fəaliyyət göstərən azərbaycanlıların milli-mədəni muxtariyyətlərinin, yerli ictimaiyyətin, müxtəlif icmaların nümayəndələri və liqa üzvləri iştirak ediblər.

Samara vilayəti qubernatorunun birinci vitse-prezidenti – hökumətin sədri vəzifəsini müvəqqəti icra edən Natalya Katina qubernator Dmitri Azarovun tədbir iştirakçılarına ünvanladığı müraciəti oxuyub. Müraciətdə öz tarixi vətənlərinə bağlı olan və əcdadlarının mənəvi ənənələrinə söykənən azərbaycanlıların bölgənin inkişafına töhfələri yüksək qiymətləndirilib.

 

 

 

Samara şəhər dairəsinin başçısı Yelena Lapuşkina millətlətarası dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfələr verdiyinə görə “Samara vilayəti Azərbaycanlılar Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimova minnətdarlığını bildirib, təşkilatın üzvlərini təşəkkürnamələrlə təltif edib.

Qala-konsertdə Azərbaycanın əməkdar artisti, virtuoz skripka ifaçısı Ceyhun İsmayılov, azərbaycanlı musiqiçilər İntiqam Oktaylı (tar) və Elşən Masurovun (kamança) müşayiəti ilə Azərbaycanın xalq artisti Nəzakət Teymurova, Samara vilayətinin əməkdar artisti, dirijor Mark Koqanın idarə etdiyi Samara şəhər dairəsi nəfəsli alətlər orkestrinin müşayiəti ilə Rusiyanın xalq artisti Mark Levyant, Ümumrusiya və beynəlxalq müsabiqələr laureatı Vadim Zubkov, “Xəyal” və “Alpan” rəqs kollektivləri çıxış ediblər. Azərbaycan və Rusiya musiqi incilərindən ibarət konsert proqramı alqışlarla qarşılanıb.

 

 

 

“Azərbaycan Mədəniyyəti Günləri” tədbirinin fəxri qonaqları – Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini V.Seyidbəyov və müxtəlif vilayətlərdən gəlmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri Samara şəhərindəki Dostluq parkını və Xalqlar Dostluğu Evini ziyarət ediblər.

 

 

 

 

Dostluq parkında yerləşən Azərbaycan Evinin ziyarəti zamanı Azərbaycanın xalq artisti Nəzakət Teymurovanın xalq artisti Elşən Mansurov (kamança), əməkdar artist Ceyhun İsmayılov (skripka) və İntiqam Oqtaylının (tar) müşayiəti ilə “Qarabağ” mahnısını ifa etməsi soydaşlarımıza xoş anlar yaşadıb.

Qonaqları duz-çörəklə qarşılayan Xalqlar Dostluğu Evinin direktoru İqor Burov dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş foto-sərgi haqqında məlumat verib. O, xalqımızın mədəniyyətini, dilini və hüquqlarını layiqincə qoruyan “Samara vilayəti Azərbaycanlıları Liqası”nın 20 illik fəaliyyətini də yüksək qiymətləndirib.

 

 

 

 

Komitə sədrinin müavini Azərbaycan dövlətinin diaspor siyasəti, Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi xüsusi diqqət və qayğı barədə ətraflı danışıb. Azərbaycan diasporuna yaradılmış şəraitə görə Samara vilayətinin və Xalqlar Dostluğu Evinin rəhbərliyinə minnərdarlığını bildirib.

FOTO QALEREYA

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/samara-seherinde-heyder-eliyevin-100-illiyi-tentene-ile-qeyd-edilib-3982

 

 

 

 

REKLAM ALANI
YORUMLAR

Henüz yorum yapılmamış. İlk yorumu yukarıdaki form aracılığıyla siz yapabilirsiniz.