Adana Adıyaman Afyon Ağrı Aksaray Amasya Ankara Antalya Ardahan Artvin Aydın Balıkesir Bartın Batman Bayburt Bilecik Bingöl Bitlis Bolu Burdur Bursa Çanakkale Çankırı Çorum Denizli Diyarbakır Düzce Edirne Elazığ Erzincan Erzurum Eskişehir Gaziantep Giresun Gümüşhane Hakkari Hatay Iğdır Isparta İstanbul İzmir K.Maraş Karabük Karaman Kars Kastamonu Kayseri Kırıkkale Kırklareli Kırşehir Kilis Kocaeli Konya Kütahya Malatya Manisa Mardin Mersin Muğla Muş Nevşehir Niğde Ordu Osmaniye Rize Sakarya Samsun Siirt Sinop Sivas Şanlıurfa Şırnak Tekirdağ Tokat Trabzon Tunceli Uşak Van Yalova Yozgat Zonguldak
Adıyaman °C

Sloveniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

Sloveniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib
Profesyonel Emlak
13.12.2023
A+
A-

 

 

 

Sloveniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

, 2023

Sloveniya paytaxtında Heydər Əliyevin 100 illiyi qeyd edilib

Sloveniyanın paytaxtı Lyublyana şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə və ölkəmizin Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

 

 

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

 

 

 

Qonaqlar arasında Türkiyənin Slovenyadaki səfiri Aylin Taşhan, səfirliyin müşaviri Derin Ersavci, Dünya Türk İş Şurasının Sloveniya şöbəsinin müdiri Mehmet Seyhan Muratoglu, “Yıldız Entegre” şirkətinin Slovenyadaki fabrikinin rəhbəri Adnan Aşkar, “Üzer” holdingin Sloveniya bölümünün rəhbəri Mustafa Kaslı, yerli ictimaiyyətin tanınmış nümayəndələri Aljaž Koželj, Matevž Kovačič, Armin Bektaševic, Elmedina Bektaševic (Bosniya) də olub.

 

 

 

Tədbir Azərbaycan, Türkiyə və Sloveniyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının prezidenti Taleh Qurbanov, vitse-prezidenti Jalə Qurbanova, Türkiyənin Sloveniyadakı səfiri Aylin Taşhan, Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov, professor Leonardo Benjamin Rizzuto çıxışlarında görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımızın taleyində oynadığı mühüm roldan bəhs ediblər. Bildirilib ki, ulu öndər təkcə Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlər həyata keçirməyib, həm də türk dünyasının birliyi və həmrəyliyi naminə mühüm addımlar atıb. Onun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması arzusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdiyi, hazırda Azərbaycanın regionda əsas söz sahibi olan dövlətə çevrildiyi vurğulanıb.

 

 

 

Tədbir ümummilli liderin 100 illik yubileyinə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/sloveniya-paytaxtinda-heyder-eliyevin-100-illiyi-qeyd-edilib-3924

 

 

 

 

REKLAM ALANI